/
SUAZ şirkəti ticarət aparatlarında təmiz içməli su təqdim edir. Premium keyfiyyətli suyu öz qabınızla 1 litrə 12 qəpik ödəməklə əldə edə bilərsiniz
Hər bir su partiyası bütün standartlara uyğunluq baxımından diqqətlə yoxlanılır. Mütəxəssisimiz hər gün suyun keyfiyyətini yoxlamaq üçün bir neçə analiz aparır
Üstünlüklərimiz
  • SUAZ MMC suyu müasir avadanlıqlarda ən sərt standartlara uyğun olaraq istehsal edir. Suyun tərkibindəki duzların, mineralların və mikroelementlərin norma çərçivəsində saxlanılması maksimal fayda və daha yaxşı dad təmin edir.
  • Su satışı üçün nəzərdə tutulan aparatlar bu günün ən müasir texnologiyalarına əsaslanır və Voronej şəhərində yerləşən müasir zavodda istehsal olunur.
  • SUAZ MMC istehsal olunan suyun keyfiyyətinə nəzarət etmək üçün öz laboratoriyasına və mütəxəssislərinə malikdir.
  • Su satışı üçün nəzərdə tutulan aparatlar yaşayış komplekslərinin ərazisində yerləşir və suyun verilişi dayandırıldığı hallarda ehtiyat su mənbəyi kimi xidmət edir.
  • Aparat suyu alıcının qabına verdiyinə görə, tullantı plastiklərin ətraf mühitə vurduğu zərər azalır və su daha ucuz başa gəlir. Biz plastik deyil, su satırıq!
  • Pərakəndə satış şəbəkələrinin əlavə qiymət artımı və qablaşdırma xərcləri olmadığı üçün premium keyfiyyətli su əhalinin bütün təbəqələri üçün əlçatan olur.
Əlaqə məlumatları
Telefon nömrəsi: +994 51 798-93-23
Email ünvanı: [email protected]
Made on
Tilda